Azərbaycan GSMA hesabatına görə mobil xidmətlər üzrə qabaqcıl ölkələrdəndir

21-06-2025, 16:29 2 dəfə baxılıb

Azərbaycan GSMA hesabatına görə mobil xidmətlər üzrə qabaqcıl ölkələrdəndir


Beynəlxalq GSM Assosiasiyası (GSMA) 2024-cü il üçün “Mobile Connectivity Index” hesabatını dərc edib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, sənəd 173 ölkə üzrə mobil xidmətlərə qoşulma göstəricilərini əhatə edir.

Müvafiq hesabat 2015-ci ildən etibarən mobil xidmətlər sferasında baş verən əsas trendləri müşahidə etmək, inkişaf meyillərini təhlil etmək məqsədilə hazırlanır. Ümumilikdə yekun indeks mobil xidmətlərin infrastruktur, qiymət əlçatanlılığı, istehlakçı hazırlığı, məzmun və xidmətlər olmaqla 4 istiqamət üzrə 32 indikator əsasında hesablanır.

Hesabatın nəticələrinə əsasən, Azərbaycan ötən il indeks üzrə göstəricisini təqribən 3,07 artıraraq 73,8 indeks xalı toplayıb.

İndeks üzrə artım ölkənin mövqeyinə də təsir edib. Belə ki, 2023-cü illə müqayisədə 8 pillə irəliləyərək 65-ci pillədə olmaqla qabaqcıl (advanced) ölkələr sırasında qərarlaşıb. Əvvəlki il də Azərbaycan qabaqcıl ölkələr sırasında olub.

Hesabata 93,41 xala malik Danimarka başçılıq edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031