BQXK-nın Bakıdakı ofisi gələn həftə BAĞLANIR

29-08-2025, 15:53 3 dəfə baxılıb

BQXK-nın Bakıdakı ofisi gələn həftə BAĞLANIR

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) sentyabrın 3-ü Bakıdakı ofisini bağlayacaq.

Bu barədə BQXK-nın Ermənistandakı nümayəndəliyinin rəhbəri Dafne Mare məlumat verib.

Marenin sözlərinə görə, bununla belə, Azərbaycan rəhbərliyi ilə iş davam etdiriləcək və bu istiqamətdə müzakirələr davam edir. 

O xatırladıb ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətnində itkin düşənlərin taleyinin araşdırılması üçün beynəlxalq strukturlarla işin zərurəti qeyd olunub: “BQXK neytral təşkilat olaraq öz xidmətlərini təklif etməyə davam edəcək”.

Xatırladaq ki, bir müddət əvvəl BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin ölkəmizdə fəaliyyətini dayandırması ilə bağlı məlumat yayılmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031