“AID Language Center” MMC-nin təkzib açıqlaması

23-09-2025, 09:13 5 dəfə baxılıb

“AID Language Center” MMC-nin təkzib açıqlaması

Son günlər bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə “AID Language Center” MMC-nin fəaliyyəti ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir və ictimaiyyəti yanlış istiqamətə yönəldir.


Məsələ ilə bağlı bildiririk ki:
    1.    Kamil Həsənli tərəfindən irəli sürülən “aldadılma” iddiaları əsassızdır. Şirkətimiz fəaliyyətini qanun çərçivəsində, müvafiq müqavilələr əsasında həyata keçirir.
    2.    Müqavilə bağlanarkən təhsil şərtləri və qəbul meyarları tam şəkildə izah olunmuş, sənədlərin uyğunluğuna dair ilkin mərhələdə məlumat verilmişdir.
    3.    Qarşı tərəfin şəxsi sənədlərində yaranmış uyğunsuzluqlar səbəbindən proqramda iştirak mümkün olmayıb. Bu, şirkətimizin məsuliyyətsizliyindən deyil, iştirakçının təqdim etdiyi sənədlərin uyğun gəlməməsindən irəli gəlib.
    4.    Vətəndaşın ödəniş tələbi əsasında, 3400 (üç min dörd yüz) manat məbləğ tam şəkildə geri qaytarılmışdır.

“AID Language Center” olaraq qeyd edirik ki, biz daim şəffaf fəaliyyət göstərir, müştərilərimizə keyfiyyətli xidmət göstərməyi və beynəlxalq təhsil proqramlarında iştirak imkanlarını təmin etməyi əsas prioritet hesab edirik.

Cəmiyyətimizi yayılan əsassız məlumatlara inanmamağa və dəqiq informasiya üçün yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq.

Hörmətlə,
“AID Language Center” MMC-nin Mətbuat Katibi
Peyman Sadıqov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930