Baş direktorla müavininə - 10 il həbs istənildi

1-10-2025, 13:42 4 dəfə baxılıb

Respublika Narkoloji Mərkəzinin rüşvət ittihamı ilə mühakimə olunan baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyevin məhkəmə istintaqı tamamlanıb.


Azerinews.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ittiham tərəfi yekun çıxış edib.


Prokuror müttəhimlərin ikisinin də külli miqdarda rüşvət almaqda təqsirli bilinmələrini, hərəsinin 10 il həbslə cəzalandırılmalarını tələb edib.


Hakim müdafiə çıxışına hazırlanmaları üçün vəkillərə vaxt verib.


Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Narkoloji Mərkəzində əməliyyat keçirib. Əməliyyat nəticəsində Mərkəzin baş direktoru və müavini həbs edilib.


Sail Ağasəlim






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031