37 aptekdə yoxlama aparıldı - Nöqsanlar aşkarlandı
Sentyabr ayında 37 aptekdə monitorinq aparılıb.
“Azerinews.az” xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qeyd olunan dövr ərzində ümumilikdə 9-u Bakı şəhərində, 28-i isə digər rayonlarda olmaqla 37 aptekdə yoxlama aparılıb.
Aparılmış planlı və plandan kənar yoxlamalar nəticəsində 8 müxtəlif nöqsanlar faktı aşkar olunub.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə ümumilikdə 11 protokol tərtib edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: