Qobunu tüstü bürüyüb - VİDEO

6-10-2025, 15:56 6 dəfə baxılıb

 

Abşeron rayonunun Qobu kəndində yerləşən kərpic zavodundan yayılan tüstü və qoxu yenidən bütün ərazini bürüyüb.

"Azerinews.az" xəbər verir ki, sakinlər havanın çirklənməsindən və nəfəs almaqda çətinlikdən şikayət edirlər.

Məlumata görə, həmin müəssisə daha əvvəl qaz-toz tutucu qurğu quraşdırmadığı üçün inzibati qaydada cərimələnib. Buna baxmayaraq, zavodun fəaliyyəti nəticəsində ətraf mühitin çirklənməsi davam edir.

Yerli icra orqanlarının açıqlamasında bildirilir ki, zavod ətrafında yerləşən evlərin bir çoxu sonradan inşa olunub və tikinti zamanı mühafizə zolağına dair tələblər gözlənilməyib.

Sakinlər isə məsələ ilə bağlı aidiyyəti qurumlardan nəzarətin gücləndirilməsini və ekoloji təhlükəsizliyin təmin edilməsini istəyirlər.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031