17 ildir su altında qalan kənd yenidən üzə çıxdı

8-10-2025, 11:36 3 dəfə baxılıb

 

Türkiyənin Sivas vilayətinin Hafik rayonunda yerləşən tarixi kənd illər sonra üzə çıxıb.

“Azerinews.az” “Hürriyet”ə istinadən xəbər verir ki, bu, Pusat-Özen anbarında su səviyyəsinin azalması nəticəsində baş verib.

Belə ki, sözügedən kənd 2008-ci ildə tikilən su anbarı nəticəsində yoxa çıxıb. Lakin hazırda quraqlıq və suyun digər bölgələrə ötürülməsi səbəbindən anbardakı su səviyyəsi kəskin şəkildə azalıb.

Bildirilir ki, kəndin su altında qalmasından sonra illərlə yalnız məscidin minarəsi suyun üzərində görünürdü. Ancaq son həftələrdə suyun daha da çəkilməsi nəticəsində minarə ilə birlikdə məscidin günbəzi və kənd evlərinin bəziləri də tam şəkildə ortaya çıxıb.


Ərazidən çəkilən fotolar isə sosial şəbəkələrdə böyük maraq doğurub.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930