"Sputnik Azərbaycan”ın icraçı direktoru azadlığa buraxıldı

10-10-2025, 11:31 6 dəfə baxılıb

 

Bakıda həbs edilən "Sputnik Azərbaycan"ın icraçı direktoru İqor Kartavıx sərbəst buraxılıb.


"Azerinews.az" xəbər verir ki, bu barədə "Kommersant"a Putinin köməkçisi Yuri Uşakov deyib.


O əlavə edib ki, Rusiya tərəfi də Rusiya ərazisində saxlanılan Azərbaycan vətəndaşlarından birini azad edib.


Qeyd edək ki, "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının ("Sputnik Azərbaycan") icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousov Daxili İşlər Nazirliyinin (DİN) 30 iyun 2025-ci il tarixdə "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031