Bu dəyişiklik evlərin qiymətini bahalaşdıracaq

10-10-2025, 15:17 3 dəfə baxılıb

 

Hazırda enerjiyə ən çox tələbat yaşayış binalarında müşahidə olunur. Yeni tikilən, əsaslı təmir edilən və yenidən qurulan bütün yaşayış və qeyri-yaşayış obyektləri üçün enerji effektivliyi üzrə pasportun alınması məcburi olacaq.


"Azerinews.az" xəbər verir ki, tikinti layihələndirilməsi zamanı enerji sərfiyyatının hesablanması vacibdir. Bu hesablamalara əsasən bina üçün enerji sinfi müəyyən olunur və bu göstəricilər pasportda öz əksini tapır.


Millət vəkili Rövşən Muradov bildirib ki, pasportun qiyməti binanın sahəsinə və növünə görə dəyişir, sahə böyüdükcə kvadratmetr üzrə ödəniş azalır.


İqtisadçı Xalid Kərimlinin fikrincə, bu yenilik daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək:


"Gələcəkdə alıcılar və kirayə götürənlər mənzilin enerji sinfinə daha çox diqqət yetirəcəklər. Bu isə enerjiyə qənaətcil binalara marağın artmasına və onların qiymətinin yüksəlməsinə səbəb olacaq. Eyni zamanda tikinti şirkətləri üçün bu, məhsullarını tanıtmaqda əlavə üstünlük rolunu oynayacaq". 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930