“Süni intellektdən cinayət məqsədləri üçün istifadə halları artıb”

10-10-2025, 15:21 9 dəfə baxılıb

 

Məlum olduğu kimi, Bakı şəhərində “Critical Infrastructure Defence Challenge 2025” (CIDC 2025) tədbiri keçirilir. 


“Azerinews.az” xəbər verir ki, konfransın panel müzakirələri zamanı moderatorun “süni intellektin imkanlarından istifadə etməklə həyata keçirilən kiberhücumlara, eləcə də müxtəlif növ cinayətkarlığa qarşı mübarizəyə dair hansı addımlar atılır?” sualını cavablandıran Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəisi Davud Rüstəmov maraqlı məqamlara toxunub.

Belə ki, o, son zamanlar bütün sahələrdə müşahidə edilən süni intellekt həllərinin tətbiqinə dair artmaqda olan tendensiyanı vurğulayaraq, süni intellektin cinayət məqsədləri üçün istifadəsinə dair maraqların da sürətlə artdığı barədə danışıb.

D.Rüstəmov bildirib ki, süni intellektdən istifadə edilməklə həyata keçirilən kibercinayətkarlıq və eləcə də müxtəlif növ cinayət halları DTX tərəfindən nəzarətdə saxlanılır: “Qeyd edilməlidir ki, dünyada süni intellektdən istifadə edilməklə törədilən təxribat cinayətlərinin miqyasında diqqətçəkən artım dinamikası müşahidə edilir. Əməliyyat şəraitinə nəzarət zamanı əldə olunan təcrübə, eləcə də tərəfdaş xarici xüsusi xidmət orqanları ilə aparılan əməkdaşlıq çərçivəsində bu qənaət daha da güclənməkdədir. Xaricdə aparılan araşdırmaların birində Böyük Dil Modelinin (LLM – Large Language Model) qanunsuz istifadəsinə dair hallar aşkar edilib. Bu da cinayətkar şəbəkələrə təxribat cinayətlərinin törədilməsində mürəkkəb ssenarilər hazırlamağa imkan verir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930