Bakıda avtobuslar toqquşdu - Sürücü belə çıxarıldı - Video

17-10-2025, 10:08 3 dəfə baxılıb

 

Paytaxtın Binəqədi rayonu, Balaxanı şossesində yol-nəqliyyat qəzasının baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

“Azerinews.az” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “İVECO” və “SAZ” markalı avtobusların toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “İVECO” markalı avtobusun sürücüsü deformasiyaya uğramış avtobusda sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtobusda sıxılı vəziyyətdə qalan sürücü Valeh Süleymanovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930