İnternetin zəif olmasının səbəbi bilindi - "...əksər hallarda"

17-10-2025, 13:18 5 dəfə baxılıb

 

Son günlər paytaxtda Bakı, Abşeron və Sumqayıt şəhərlərində internetin fasiləsiz təminatında bir sıra problemlər yaranıb.

"Azerinews.az" xəbər verir ki, sakinlərin sözlərinə görə, internetin sürəti zəifləyib, tez-tez kəsilmələr olur. Bu hal həm onlayn dərs, işlərə, həm də gündəlik əlaqələrin yaradılmasında çətinliklərə səbəb olur. 

Oxşar vəziyyət Yasamal rayonu ərazisində də müşahidə olunur. Bu ərazidə də sakinlər internetin qeyri-sabitliyindən şikayət edirlər.

Məsələ ilə bağlı İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən bildirildi ki, internetin keyfiyyəti və sürəti ilə bağlı olan şikayətləri diqqətlə araşdırılır:

"Paylayıcı nöqtələrdə aparılan ölçmələr zamanı əksər hallarda sürətin normal olduğu müəyyən edilir. Provayder tərəfindən problem aşkarlanarsa, dərhal aradan qaldırılır".

Qeyd olunur ki, mənzillərdə internetin zəifləməsi istifadəçinin avadanlığı provayderin texniki imkanları ilə bağlı ola bilər. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031