“Bakubus” avtobusu bulvara girdi - Video

21-10-2025, 11:36 4 dəfə baxılıb

 

Bu gün saat 10 radələrində paytaxtın Səbail rayonu ərazisində marşrut avtobusunun iştirakı ilə yol qəzası baş verib.

“Azerinews.az” xəbər verir ki, Neftçilər prospektində “Bakubus” MMC-yə məxsus BMC markalı iritutumlu avtobus idarəetmədən çıxaraq Dənizkənarı Milli Park ərazisinə daxil olub.

Nəqliyyat vasitəsi bulvarda ağaclara çırpılaraq dayanıb.

Hadisə nəticəsində avtobusa ciddi ziyan dəyib. Xəsarət alanın olub-olmaması barədə məlumat yoxdur.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930