Evində yanğın oldu, tüstüdən boğulub öldü

23-10-2025, 10:02 4 dəfə baxılıb

 

Oktyabrın 21-i Bakıda yerləşən mənzillərin birində yanğın baş verib.

“Azerinews.az” xəbər verir ki, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində olub.

Belə ki, 1963-cü il təvəllüdlü Stupnikov Vadim Vladimiroviçin tənha yaşadığı evdə yanğın baş verib və o, tüstüdən boğularaq ölüb. 

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyindən (FHN) sorğumuza cavab olaraq bildirilib ki, Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb: 

“Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031