Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin büstü qoyuldu - Fotolar

28-10-2025, 10:53 7 dəfə baxılıb

 

AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan Milli Qəhrəmanlar - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov və Hökumə Cəlil qızı Əliyevanın xatirələri əbədiləşdirilib.

“Azerinews.az” xəbər verir ki, II Fəxri xiyabanda dəfn olunan hər üç qəhrəmana məzarüstü abidə - büst qoyulub.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən “Embraer 190” tipli sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-i Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya düşüb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Yaralılardan Zaqatala sakini Nurullah Siracov uzun müddət sonra – bu ay vəfat edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930