Şamaxının Baş planı hazırlanacaq

29-10-2025, 14:56 7 dəfə baxılıb

 

Şamaxı şəhərinin Baş planının hazırlanmasına başlanılır.

"Azerinews.az" xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi artıq bununla bağlı müvafiq işlərə start verib.

Belə ki, komitə hazırda şəhərin baş planının hazırlanması üzrə tender elan edib.

Bildirilib ki, təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Xüsusi vurğulanıb ki, təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

"Müsabiqədə iştirak, qiymətləndirilmə və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır. Portal vasitəsi ilə aparılan məlumat mübadiləsi qanunvericilik tələblərinə uyğun olaraq 3-cü tərəflərə açıqlanmır", - məlumatda qeyd edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Şamaxı şəhərinin baş planının hazırlanmasının 981,8 min manata başa gələcəyini proqnozlaşdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930