Ramiz Mehdiyevdən sonra İsa Həbibəylinin də fəaliyyət dövrü araşdırılmağa başlanıldı

29-10-2025, 14:58 10 dəfə baxılıb

 

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) araşdırmalar davam edir.

Araşdırma AMEA prezidenti İsa Həbibbəylinin rəhbərlik etdiyi dövrü, eyni zamanda, daha öncəki rəhbərlərin (Ramiz Mehdiyev, Akif Əlizadə) fəaliyyət illərini əhatə edir.

Araşdırmanın Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən aparıldığı bildirilir.

İstintaq AMEA-da mənimsəmə və sui-istifadə hallarının olub-olmamasını araşdırır.

Qeyd edək ki, indiyədək AMEA-da baş verən qanun pozuntuları ilə bağlı fərqli illərdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müxtəlif cinayət işləri istintaq olunub.

Baş prokuror Kamran Əliyev də oktyabrın 1-də mətbuata açıqlamasında AMEA-da ayrı-ayrı vaxtlarda baş verən qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparıldığını bildirmişdi.

O, cinayət işlərinin bir neçə istiqamət üzrə araşdırıldığını açıqlamışdı. "Məndə olan məlumata görə, artıq bəzi epizodlar üzrə ibtidai istintaq yekunlaşıb. Həmin cinayət işləri baxılması üçün məhkəməyə göndərilib".

Hazırda isə sözügedən qurumdakı qanun pozuntuları ilə bağlı başqa cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031