İtkin şəhidimizlə vida mərasimi keçirildi - Fotolar

30-10-2025, 12:13 218 dəfə baxılıb

 

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Fikrət Abbas oğlu Əzizovla vida mərasimi keçirilib.

“Azerinews.az” “Report”a istinadən xəbər verir ki, Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində mərhumun ailə üzvlərinə məxsus evdə baş tutan vida mərasimində şəhidin yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim başa çatdıqdan sonra onun nəşinin qalıqları Qaradağ rayonunda yerləşən “Sofi Həmid Piri” qəbiristanlığında torpağa tapşırılcaq.

Qeyd edək ki, şəhid Fikrət Əzizov 13 yanvar 1961-ci ildə Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. F.Əzizov 1992-ci ilin 26 fevralında Xocalı şəhərində itikin düşmüş hesab edilirdi.










Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031