“Cavadzadə”nin direktoru və baş həkimi işdən çıxarıldı - Yeni təyinatlar

31-10-2025, 14:16 5 dəfə baxılıb

 

Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev və baş həkimi Nicat Kərimov vəzifələrindən azad ediliblər.

“Azerinews.az” TƏBİB-ə istinadən xəbər verir ki, qurumun icraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə sözügedən xəstəxanaya Pərviz Hacıyev rəhbərlik edəcək.

Bundan əlavə, tibb müəssisəsinə direktor müavini - baş həkim təyinatı da baş tutub. Belə ki, bu vəzifəyə Elçin Mustafayev təyin olunub.

Bu gün Vüqar Qurbanov yeni direktor və baş həkimi kollektivə təqdim edib, müvafiq tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, tibb müəssisəsinin direktoru vəzifəsini icra edəcək Pərviz Hacıyev ixtisasca uroloqdur. O, 2020-2022-ci illərdə M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxananın baş həkimi vəzifəsində çalışıb. Yeni təyinata qədər isə özəl tibb müəssisələrinin birində həkim-uroloq vəzifəsində çalışıb.

E.Mustafayev də ixtisasca uroloqdur və yeni təyinata qədər eyni tibb müəssisəsinin Endourologiya şöbəsinin müdiri vəzifəsini icra edib.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031