Tovuzda 68 yaşlı kişi ad günündə faciəli şəkildə öldü

4-11-2025, 12:44 3 dəfə baxılıb

 

Tovuz rayonunda 68 yaşlı kişi ad günündə yıxılıb ölüb.

"Azerinews.az" ın məlumatına görə, hadisə noyabrın 3-də axşam saatlarında rayonun Xatınlı kəndi ərazisində baş verib.

Kənd sakini, 1957-ci il təvəllüdlü Məhərrəm Rəcəb oğlu Abdiyev evində ailəsi ilə birlikdə özünə ad günü mərasimi təşkil edib. O, evində çörək yeyəndən sonra həyətə çıxıb. Bu zaman onun ayağı sürüşüb yıxılıb və başı həyətdəki dirəyə dəyib.

Ağır kəllə-beyin travması alan M.Abdiyev evində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031