Rəqəmsal inkişaf və nəqliyyat naziri özünə daha bir müşavir təyin edib

6-11-2025, 14:25 11 dəfə baxılıb

 

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünə daha bir müşavir təyin edib.

"Azerinews.az" "Report"a istinadla xəbər verir ki, bu, Anar Novruzovdur.

O, bu təyinata qədər Azərbaycan İnvestisiya Holdinqində baş icraçı direktorun müavini olub, ölkə Prezidentinin müvafiq sərəncamları ilə "Azərbaycan Hava Yolları" QSC-nin və "Təmiz Şəhər" ASC-nin Müşahidə Şurasının üzvü təyin edilib.

A.Novruzov Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr təhsilini başa vurduqdan sonra "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Şotlandiyanın Aberdin Universitetində neft, enerji iqtisadiyyatı və maliyyəsi ixtisası üzrə magistr dərəcəsi alıb, ABŞ-də Harvard Biznes Məktəbində "Maliyyə idarəçiliyi və liderlik", Fransada INSEAD Biznes Məktəbində "Transformasiyanın idarəedilməsi" proqramlarını tamamlayıb.

O, peşəkar fəaliyyətinə nüfuzlu beynəlxalq audit şirkətlərində başlayıb, həmin şirkətlərin Səudiyyə Ərəbistanı və Böyük Britaniya ofislərində strateji inkişaf, maliyyə əməliyyatları və audit sahələri üzrə müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930