Dişi ağrıyan 31 yaşlı baş redaktor vəfat etdi

7-11-2025, 12:19 10 dəfə baxılıb

 

“Technote.az” saytının baş redaktoru 31 yaşlı Emil Nəcəfov vəfat edib.

“Azerinews.az” xəbər verir ki, bu barədə Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas sosial şəbəkə hesabında məlumat paylaşıb.

O qeyd edib ki, Emil Nəcəfov bir müddətdir diş ağrısından əziyyət çəkirmiş.

F.Pərdəşünas ölümə sepsisin səbəb olduğunun ehtimal edildiyini deyib: “Dişi ağrıyırdı, çirk eləmişdi. Gecikdirdi. Sonra antibiotikə başladı. Ehtimal olunan ölüm səbəbi sepsisdir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930