Şəmkirdə dönərdən kütləvi zəhərlənmə baş verib

10-11-2025, 12:16 7 dəfə baxılıb

 

Şəmkir rayonunda dönərdən kütləvi zəhərlənmə hadisəsi baş verib.

“Azerinews.az” xəbər verir ki, zəhərlənmə halları şəhər ərazisində yerləşən dönərxanalarda qeydə alınıb.

İlkin məlumata görə, şəhər sakini 1994-cü il təvəllüdlü Nəsib Zeynalov, Dəllər Cəyir qəsəbə sakini 1991-ci il təvəllüdlü Dürdanə Kazımova, onun 2014 və 2015-ci il təvəllüdlü övladları dönər yedikdən sonra zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Noyabrın 9-da isə Dəllər qəsəbə sakini, 1982-ci il təvəllüdlü Ruslan Eyniyev eyni diaqnozla xəstəxanaya gətirilib. Zərərçəkənlərin hamısına tibbi yardım göstərilib, vəziyyətləri stabilləşdikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031