“Bu jurnalistlərin əməkhaqları artırılıb” - Natiq Məmmədli

13-11-2025, 13:49 6 dəfə baxılıb

 

“Yeni qaydalara görə veb-saytlara ayrılan maliyyə vəsaitinin həcmi artırılıb, bu da öz növbəsində minimum işçi sayının, eyni zamanda jurnalistlər üçün minimum əməkhaqqının artırılması ilə müşayiət olunmalıdır”.

“Azerinews.az” xəbər verir ki, bunu Azərtac-a müsahibəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli  Agentliyin dəstək müsabiqələrinin yeni qaydalarını şərh edərkən deyib. 

“Göründüyü kimi, dövlətin maliyyə dəstəyi bir tərəfdən medianın rəqəmsal mühitə inteqrasiyasını, rəqabətə davamlılığını dəstəkləməklə yanaşı, digər tərəfdən jurnalistin sosial müdafiəsinin gücləndirilməsini də prioritet hesab edir”, - N.Məmədli qeyd edib.

Xatırladaq ki, MEDİA-nın dəstək verdiyi veb-saytlarda çalışan jurnalistlərin minimum əməkhaqqı 600 manatdan 800 manatadək artırılıb. Yeni qaydalara görə, veb-saytlara ayrılan maliyyə vəsaitinin həcmi də 3000 manatdan 5000 manatadək artırılıb və minimum işçi sayı 4 nəfər müəyyənləşib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031