Türkiyədə faciəvi şəkildə həlak olan Emin vətəndə dəfn olundu

15-11-2025, 00:28 9 dəfə baxılıb

 

Türkiyədə yol qəzasında həlak olan azərbaycanlı jurnalist Emin İbrahimovun cənazəsi Bakıya gətirilib.

Bu barədə  mərhumun atası Rəşid İbrahimov məlumat verib.

Emin İbrahimov bu gün Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimdə mərhumun ailə üzvləri, dostları və həmkarları iştirak ediblər.

Mərhumun yas mərasimi noyabrın 16-sı Təzəpir məscidində keçiriləcək.

Qeyd edək ki, 44 yaşında vəfat edən jurnalist “Euronews” telekanalında fəaliyyət göstərirdi.

O, xüsusilə 44 günlük Vətən müharibəsində hazırladığı reportajlarla tanınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031