İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"

15-11-2025, 16:19 14 dəfə baxılıb

 

Əli və İslam Əhmədov qardaşları 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıblar.

Mingəçevirdən olan qardaşlar Tərtər-Ağdərə, Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhid olublar. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 13-də Mingəçevirə səfəri zamanı şəhid qardaşların anası Sevinc Əhmədova ilə görüşüb.

"O, Mingəçevirə gələndə Əli və İslamın ev muzeyini ziyarət etdi. Mən onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı. Dərdimi öz dərdi kimi qəbul etdi. Ən çox övladlarımın döyüş yollarından, harada şəhid olmalarından danışdıq", - şəhidlərin anası görüş barədə danışarkən deyib.

Qeyd edək ki, Əli və İslam Əhmədov qardaşları Vətən müharibəsi zamanı eyni gündə şəhid olublar. Əli Əhmədov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları, İslam Əhmədov isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031