Yadigar Muradov dəfn edildi - Yenilənib

18-11-2025, 13:51 5 dəfə baxılıb

 

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovla teatrda keçirilməsi nəzərdə tutulan vida mərasimi ləğv edilib.

"Azerinews.az" xəbər verir ki, onunla vida yaşadığı ünvanda keçirilir. Mərhumla vida mərasimində iştirak etmək məqsədilə Şuşa Dövlət Musiqili Dram Teatrına toplaşan onlarla sənət dostu oradan Y.Muradovun evinə gedib. 

Əməkdar artist daha sonra Badamdar qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Yadigar Muradovun oğlu Yaşar Muradov APA-ya açıqlamasında vida mərasiminin saat 12:00-da Şuşa Dövlət Musiqili Dram Teatrında təşkil olunacağını bildirmişdi. 

***

Y.Muradov Badamdar qəbiristanlığında dəfn edilib.

Xatırladaq ki, səhhəti pisləşən Yadigar Muradov oktyabrın 4-ü xəstəxanaya yerləşdirilmişdi. O, ötən gecə müalicə aldığı xəstəxanada vəfat edib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930