Ağdamda nümunəvi idarəçilik: Vaqif Həsənovla görüşdən doğan təəssürat

20-11-2025, 12:44 511 dəfə baxılıb

 

Ağdam şəhər günündə rayonumuzda oldum və İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşmək imkanım yarandı. Təsadüfən onun vətəndaş qəbulu keçirdiyi vaxta düşdüm və o məni də görüşə dəvət edərək orada iştirak edənlərin hamısına xüsusi diqqətlə təqdim etdi.

Vaqif Həsənov bölgədə işini dərindən bilən, vətəndaş məmnuniyyətini prioritet götürən nadir icra başçılarındandır. İnsanların təklif və şikayətlərini dinləyərkən onun hər müraciətə xüsusi yanaşdığının canlı şahidi oldum.

Bu gün cəmiyyətimizdə insanların problemləri, qayğıları, gündəlik üzləşdiyi çətinliklər çoxdur. Hər kəs istəyir ki, məsələsi yerində və tez bir zamanda həll edilsin. Vaqif Həsənovun qəbulunda gördüm ki, o, hər bir vətəndaşın müraciətini səbrlə, anlayışla, diqqətlə dinləyir və problemi real şəkildə həll etməyə çalışır. Hətta qəbuldan sonra bir neçə vətəndaşla ayaqüstü söhbətim də oldu. Hamısı rayon rəhbərliyinin fəaliyyətindən razılığını bildirdi və problemlərinin diqqətlə dinlənilməsindən məmnunluqlarını vurğuladılar.

Təəssüf ki, bir çox rayonlarda insanların müraciətləri dinlənilmədiyi üçün vətəndaşlar yüzlərlə kilometr yol qət edib Bakıya qədər gəlməli olurlar. Hətta bəzən bu müraciətlər paytaxtda da cavab tapmır. Ağdamda isə gördüklərim mənə ümid verdi ki, dövlət-vətəndaş münasibətlərində nümunəvi idarəçilik mümkündür və Vaqif Həsənov buna real misaldır.

Adətən tərifə meyilli biri deyiləm. Necə ki, çatışmazlığı gördükdə tənqid edirəm, eləcə də yaxşı işi gördükdə onu təqdir etmək dövlətçilik mədəniyyətinin bir parçasıdır. Vaqif Həsənovun vətəndaşlara göstərdiyi diqqət, səbr, qayğı və işinə olan məsuliyyəti şəxsən məndə yüksək təəssürat yaratdı. Hətta qəbul zamanı yüksək tonla danışan vətəndaşa belə səbr nümayiş etdirməsi, problemi dərindən anlamağa çalışması bir rəhbər kimi onun böyüklüyünü göstərirdi.

Ağdam Rayon İcra Hakimiyyətində gördüyüm fəaliyyət, rəhbərliklə və vətəndaşlarla apardığım söhbətlər bir daha təsdiqlədi ki, bölgədə dövlət qulluqçusuna yaraşan idarəçilik mədəniyyəti, səmimilik və məsuliyyət mövcuddur. Əgər bütün rayonlarda belə peşəkar və vətəndaş mərkəzli fəaliyyət olsaydı, problemlərin əksəriyyəti yerindəcə həll olunar, insanlar uzun yollar qət etmək məcburiyyətində qalmazdı.

Vaqif Həsənovun fəaliyyətində gördüklərim əsl icra başçısı nümunəsidir və bunu qeyd etməyi özümə borc bildim.

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Ehtiram Mehtiyev






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930