Şəhid məzarlarından oğurluq edənlər saxlanıldı - Rəsmi

20-11-2025, 21:11 12 dəfə baxılıb

 

Ötən gün paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda şəhid Səyavuş Kəlbalıyev və Fəxri Məmmədovun məzarları üzərində olan şəxsi əşyalarının oğurlanması barədə polisə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı K.Ə və 16 yaşlı V.Q saxlanılıblar.

Onların məzarların üzərindən oğurladıqları gitara, hərbi çəkmə və hərbi dəbilqə polis əməkdaşları tərəfindən aşkar olunaraq şəhid ailələlərinə qaytarılıb.

Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsində araşdırma aparılır.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031