Sumqayıtda yeni nəqliyyat mübadilə mərkəzi yaradıldı

21-11-2025, 11:28 5 dəfə baxılıb

 

Əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi məqsədilə Sumqayıt Dəmiryol Vağzalının qarşısında yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb.

"Azerinews.az" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, nəqliyyat mübadilə mərkəzində avtobusların maneəsiz hərəkətini təmin etmək məqsədilə xüsusi hərəkət zolaqları və sərnişinlərin təhlükəsiz minib-düşməsi üçün dayanacaq məntəqələri təşkil edilib.

Ərazidə nişanlanma işləri həyata keçirilib, müvafiq nişanlar quraşdırılıb.

Dəmir yolu vağzalının qarşısında minik avtomobillərinin xaotik parklanmasının qarşısının alınması üçün yeni parklanma yerləri yaradılıb.

Piyada təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilkin mərhələdə delinatorlarla təchiz edilən piyada zonaları salınır.

Hazırda Sumqayıt Dəmiryol Vağzalında 5 marşrut xətti üzrə (5, 6, 10A, 22, 39 nömrəli) 40 avtobus fəaliyyət göstərir. Şəhərin müxtəlif ərazilərindən nəqliyyat mübadilə mərkəzinə hərəkət edəcək əlavə marşrutların təşkili də nəzərdə tutulub.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031