Tüstüdən zəhərlənənlərlə bağlı açıqlama - Azyaşlının vəziyyəti ağırdır

22-11-2025, 11:55 7 dəfə baxılıb

 

Ötən gün Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğında xəsarət alanların vəziyyəti açıqlanıb.

Bu barədə Kliniki Tibbi Mərkəzdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, hadisə səbəbilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə tüstüdən zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunan 27 nəfərdən 20-nə (13-ü kişi, 7-si qadın) zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Hazırda 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031