Həccə getmək istəyənlərin nəzərinə!

24-11-2025, 12:48 5 dəfə baxılıb

 

“İldən-ilə Səudiyyə Ərəbistanının Həcc və Ümrə nazirliyi Həcc ziyarəti üçün öncəlikli hazırlıqlar prosedurlarının daha erkən başlanması üçün yeni işlər görür”.

“Azerinews.az” xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.

O bildirib ki, bu il nazirlik dünyadakı bütün Həcc missiyalarına ötən ziyarətdən qısa müddət keçdikdən sonra növbəti səfər üçün sənəd qəbulunun başlanması barədə göstərişlər verib: “Müvafiq olaraq vizaların verilməsi proseduru da çox erkən başladılaraq Ramazan ayının sonunadək bitiriləcək. Həccə niyyəti olan vətəndaşlarımızdan xahiş edirik, vaxtın genişliyinə baxmasınlar, yerlər bitmədən gəlib qeydiyyata alınsınlar”.

V.Cahangiri əlavə edib: “Qeydiyyata erkən başlamağımıza rəğmən, hər gün vətəndaşlarımız Həccə qeydiyyata alınmaq üçün müraciət edirlər. Öncəki təcrübələrimzə görə demək istəyirəm ki, mövsümün sonunda xeyli vətəndaşlar gəlib Həccə getmək üçün müraciət edirlər, həmin ərəfədə artıq kvota tamamlanır və vətəndaş Həccə gedə bilmir. Həcc üçün niyyət etmiş zəvvarları gec qalmadan müraciət etmələrini tövsiyə edirik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031