Tofiq İsmayılovun oğluna 8 il iş verildi

25-11-2025, 16:43 6 dəfə baxılıb

 

Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun dələduzluqda ittiham olunan oğlu Mir Heydər İsmayılov və digərlərinin məhkəmə araşdırması başa çatıb.

“Azerinews.az”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Vüqar Quliyevin sədrlik etdiyi məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin hamısına verilmiş ittihamların sübuta yetirildiyini bəyan edib.

Hökmə əsasən, Mir Heydər İsmayılov 8, Murad Həziyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Vəkil Xeyransa Babayeva bildirib ki, iş üzrə digər müttəhimlərə sınaq müddəti seçilməklə şərti cəza verilib.

Qeyd edək ki, Mir Heydər İsmayılov və digərləri xüsusilə külli miqdarda dələduzluqda ittiham olunublar. İş materiallarında yazılıb ki, İsmayılov iki nəfərin 810 min manat pulunu ələ keçirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031