Heydər Əliyev prospektində maşın yandı

26-11-2025, 17:12 6 dəfə baxılıb

 

Heydər Əliyev prospektində hərəkət edən avtomobil yanıb.

“Azerinews.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Nərimanov rayonu, Heydər Əliyev prospekti, əsas yolda avtomobillərin birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Hazırda polis və digər qurumların əməkdaşları hadisə yerindədir və yaranan nəqliyyat sıxlığının aradan qaldırılması üçün tədbirlər görülür.

***

FHN-dən bildirilib ki, Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində avtomobildə baş vermiş yanğın qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031