Əziz Orucov azadlığa çıxdı

27-11-2025, 09:49 8 dəfə baxılıb

 

"Kanal 13" internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucov azadlığa çıxıb.

"Azerinews.az" ın məlumatına görə, Ə.Orucovun cəzası bu gün başa çatıb. Televiziya rəhbəri cəza çəkdiyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsindən azad edilib.

Xatırladaq ki, Əziz Orucov 2023-cü il noyabrın 27-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilmişdi.

O, Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə ittiham edilmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031