Bakıda ağır qəza: Ölən və yaralananlar var
Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
"Azerinews.az" "Report"a istinadla xəbər verir ki, Mirəli Yolçu oğlu Abbasovun idarə etdiyi "Toyota Prado" markalı avtomobillə işıqforun yaşıl işığından keçib sola doğru manevr zamanı 2003-cü il təvəllüdlü Ələsgər Elxan oğlu Ələsgərovun idarə etdiyi VAZ-2107 markalı avtomobil toqquşub. Nəticədə sürücü Ə.Ələsgərov hadisə yerində ölüb.
Sərnişinlər - 2003-cü il təvəllüdlü Sevinc Şükür qızı Rəsulova və 2006-cı il təvəllüdlü Nəzrin Şükür qızı Rəsulova, eləcə də digər sürücü M.Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: