Polad Bülbüloğlunun övladı Dövlət Simfonik Orkestrinə dirijor TƏYİN OLUNDU

1-12-2025, 10:27 7 dəfə baxılıb

 

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə yeni dirijor təyin olunub.

"Azerinews.az" xəbər verir ki, bu vəzifəyə Murtuza Bülbül təyin edilib.

Murtuza Bülbül SSRİ Xalq artisti Bülbülün nəvəsi və Xalq artisti Polad Bülbüloğlunun oğludur.

2001-ci ildə doğulan gənc dirijor musiqi təhsilinə Moskvadakı Bethoven adına Uşaq Musiqi Məktəbində başlayıb.

2020-ci ildə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Akademik Musiqi Kollecini xor dirijorluğu ixtisası üzrə bitirib. Ardınca Moskva Konservatoriyasının opera-simfonik dirijorluq fakültəsini Vyaçeslav Valeyevin rəhbərliyi altında fərqlənmə ilə başa vurub.

Qeyd edək ki, Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru hazırda Fuad İbrahimovdur. Orkestrdə, həmçinin Mustafa Mehmandarov da dirijorluq fəaliyyətini davam etdirir.

Polad Bülbüloğlunun övladı Dövlət Simfonik Orkestrinə dirijor TƏYİN OLUNDU






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031