Vidadi Mustafayev Yekaterinburqda saxlanıldı

1-12-2025, 10:00 8 dəfə baxılıb

 

Yekaterinburqda azərbaycanlı iş adamı Vidadi Mustafayev saxlanılıb.

“Azerinews.az” xəbər verir ki, bu barədə “URA.RU”ya hüquq-mühafizə orqanlarına yaxın bir neçə mənbə məlumat verib.

Məlumata görə, V. Mustafayev məşq üçün gəldiyi fitnes-klubun yaxınlığında xüsusi təyinatlıların iştirakı ilə keçirilən əməliyyat zamanı tutulub. Onun Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsi ilə dələduzluqda şübhəli bilindiyi qeyd olunub.

Portal yazır ki, azərbaycanlı iş adamına qarşı iddialar onun keçmiş hüquqşünasının yazdığı ərizədən sonra ortaya çıxıb. İddia olunur ki, həmin şəxs hüquq-mühafizə orqanlarına iş adamının torpaq maxinasiyalarına qoşulduğu barədə məlumat verib.

Hadisə ilə bağlı araşdırma davam edir.

Qeyd edək ki, bu bu ilin sentyabrında Vidadi Mustafayevin Şahin Şıxlinskinin yerinə Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan icmasına və “Uraldakı azərbaycanlıların mədəniyyət, gənclər və idman Mərkəzi”nə yeni rəhbər təyin olunması ilə bağlı informasiya yayılmışdı. Daha sonra isə Diasporla İş üzrə Dövlət Komitəsi sözügedən şəxsin Azərbaycan diasporuna heç bir aidiyyətinin olmadığını qeyd etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031