"Növbədə olanlar mənzillə təmin ediləcəklər”

2-12-2025, 16:59 7 dəfə baxılıb

 

"Mənzil növbəsində olan ölkə üzrə bütün şəhid ailələri, müharibə əlilləri mənzillə təmin ediləcəklər”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı danışıb.

“Şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün iki proqram icra edilir. Proqramlar dayandırılmayıb və davam etdirilir. Nazirlik ölkə üzrə yeni inşa edilmiş çoxmənzilli binalarda mənzillərin alışını həyata keçirir. Bu məqsədlə müvafiq tenderləri biz elan edirik.

Ümumilikdə isə bu proqram üzrə 15.7 min mənzil və fərdi evin verilməsi təmin olunub. 2018-25-ci illərdə bu kateqoriyadan olan şəxslərə 10 min mənzil və fərdi evin verilməsini təmin etmişik. Post-müharibə dövründə isə 6.9 min mənzil verilib. Cari ildə bu məqsədlər üçün 400-ə yaxın mənzilin alınmasını təmin edəcəyik”, - deyə nazir qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930