Polis bölgələrdə erkən nikahla bağlı hərəkətə keçdi

3-12-2025, 20:23 10 dəfə baxılıb

 

Polis əməkdaşları tərəfindən əhali arasında hüquqi maarifləndirmənin gücləndirilməsi məqsədilə erkən nikahın fəsadları və məişət zorakılığına qarşı mübarizə mövzularında tədbirlər ardıcıl şəkildə davam etdirilir.

"Azerinews.az" ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Şirvan, Hacıqabul, Cəlilabad, Göyçay, Göygöl, Şabran, İsmayıllı və Füzuli şəhər və rayonlarında ictimai yerlərdə vətəndaşlarla görüşlər keçirib, geniş izahat və məlumatlandırma işləri aparıblar.

Polis əməkdaşları vətəndaşlara erkən nikahların qanunvericiliklə qadağan olunduğunu və belə hallara yol verən şəxslərin məsuliyyət daşıdıqlarını bildirib. Eyni zamanda, məişət zorakılığı ilə bağlı müdafiə mexanizmləri, müraciət qaydaları və zərərçəkmiş şəxslər üçün mövcud yardım imkanları barədə ətraflı məlumat verilib.

Tədbirlər zamanı maarifləndirici bukletlər paylanıb, bu cür görüşlərin cəmiyyətdə hüquqi məlumatlılığın artırılmasına və risklərin vaxtında qarşısının alınmasına mühüm töhfə verdiyi sakinlərin diqqətinə çatdırılıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930