Bakıda 21 yaşlı qadın doğuş zamanı öldü
Bakıda qadın doğuş zamanı ölüb.
"Azerinews.az"ın məlumatına görə, hadisə dekabrın 3-də paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Qazax rayon sakini, 2004-cü il təvəllüdlü Lalə Süleyman qızı Süleymanova Bakıdakı xəstəxanalardan birinin doğum şöbəsinə gətirilib. Qadın doğuş zamanı həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: