Könül Vəlibəylinin qızının durumu AÇIQLANDI

11-12-2025, 13:15 8 dəfə baxılıb

 

Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş verən yanğında xəsarət alan Ləman Qulamovanın son vəziyyəti açıqlanıb.

"Yeni Klinika"dan  verilən məlumata görə, 2000-ci il təvəllüdlü L.Qulamovanın Reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Məlumatda qeyd olunub ki, pasiyentin vəziyyəti stabil ağır olaraq qalır:

"Xəstənin müalicə tədbirləri planlı şəkildə davam etdirilir".

Qeyd edək ki, Ləman Qulamova Milli Geyim Evinin rəhbəri, sözügedən yanğında həlak olan Könül Vəlibəylinin qızıdır.

Xatırladıq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə zamanı üç nəfər həlak olub, 20 nəfər tüstüdən zəhərlənib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031