Xocalı türbəsinə bitişik məqbərə yeri aşkar edilib

11-12-2025, 16:04 5 dəfə baxılıb

 

Builki arxeoloji qazıntılar nəticəsində Xocalı türbəsinə bitişik məqbərə yeri aşkar edilib.

"Azerinews.az" "Report"a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci ilin yekunu ilə bağlı hesabatında qeyd olunub.

Hesabatda vurğulanıb ki, arxeoloq Şamil Nəcəfov Xocalı tarixi-arxeoloji kompleksi ərazisində tədqiqatlar aparıb. Bu il aparılan tədqiqatlar nəticəsində nekropol ərazisində yerüstü əlamətləri görünməyən, 70 sm dərinlikdə Xocalı türbəsinə bitişik məqbərə yeri aşkar edilib.

Eyni zamanda, nekropolda tunc dövrünə aid daha bir kurqan müəyyən edilib.

Hesabatda o da vurğulanıb ki, arxeoloq Müzəffər Hüseynov Goranboy rayonunun Tatarlı kəndi ərazisində yerləşən Muncuqlutəpə nekropolunda tədqiqatları davam etdirib.

Tədqiq edilmiş 38 nömrəli qəbirdə maraqlı dəfn adəti müşahidə olunub. Belə ki, içərisi materiallarla zəngin qəbir kamerası ağacla örtüldükdən sonra ağacın üzərinə yenidən saxsı qablar və bəzək əşyaları qoyulub. Qəbir kamerasını örtən ağacların üzərinə arxeoloji materialların qoyulması ənənəsi əsasən Skif kurqanlarında izlənir.

Bildirilib ki, Muncuqlutəpə nekropolunda bu dəfn adətinin qeydə alınması Xocalı-Gədəbəy mədəniyyətinə məxsus tayfaların yeni dəfn ənənəsi kimi qiymətləndirilə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930