Xırdalanda güclü yanğın: İki nəfər xəsarət alıb, 20 sakin təxliyə edilib

13-12-2025, 10:48 6 dəfə baxılıb

 

Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalan şəhərində yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən  verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ondördmərtəbəli yaşayış binasının onuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 40 kvadratmetr olan birotaqlı mənzilin mətbəxində paltaryuyan, qaz sobası və 3 perimetr mətbəx mebeli yanıb. İki nəfər xəsarət alıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 20 nəfər bina sakini təxliyə olunub.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031