Salyanda ZƏNCİRVARİ QƏZA - Xəsarət alanlar var

15-12-2025, 11:27 6 dəfə baxılıb

 

Salyanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Azerinews.az" "Report"a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Opel" və "Mercedes-Benz" markalı avtomobillər çoxtonnajlı yük maşını ilə toqquşub. Qəza nəticəsində Astara rayon sakinləri - 1988-ci il təvəllüdlü Vahid Xandadaş oğlu Məhərrəmov, 1982-ci il təvəllüdlü Vüsalə Kamil qızı Kamilova, 1983-cü il təvəllüdlü Mərahim Ələddin oğlu Qafarov və 1978-ci il təvəllüdlü Məmmədağa Sədyət oğlu Sultanov müxtəlif dərəcəli xəsarət alıblar.

Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930