14 yaşlı qızın 33 yaşlı kişi ilə toyunun qarşısı alındı - Valideynlərdən biri həbs edildi

16-12-2025, 09:01 4 dəfə baxılıb

 

Tovuzda 14 yaşlı qızın toy mərasiminin qarşısı alınıb.

Bu barədə “Azerinews.az” DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Qeyd edilib ki, Tovuz Rayon Polis Şöbəsinə rayonun Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.

Onlarla profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə valideynlərdən biri 1 ay müddətinə inzibati qaydada həbs edilib.

***

Əldə etdiyimiz məlumata görə, bəy 1992-ci il təvəllüdlü olub, yəni qızdan 19 yaş böyük imiş.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930