Rəşad Şolan da orqanlarını bağışladı

16-12-2025, 13:50 15 dəfə baxılıb

 

Tanınmış cərrah-transplantoloq, DTX-nin Hərbi Tibb Baş İdarəsinin Elmi Təcrübə Mərkəzinin rəisi Rəşad Şolan ölümündən sonra orqanlarını bağışlayacağını açıqlayıb.

“Azerinews.az” xəbər verir ki, o bu barədə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında keçirilən simpoziumda bildirib.

R. Şolan bu addımın ölkədə orqan donorluğu mədəniyyətinin formalaşdırılması və transplantasiya sahəsində ictimai maarifləndirmənin gücləndirilməsi baxımından xüsusi önəm daşıdığını qeyd edib. Artıq bununla bağlı Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə ərizə ilə müraciət edilib.

Qeyd edək ki, bundan əvvəl Yeni Klinikanın direktoru Barat Yusubov da ölümündən sonra orqanlarını bağışladığını elan etmişdi.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031