Elektron siqaret qadağası ertələnir - Yaza qaldı
Elektron siqaretlə bağlı qadağanın qüvvəyə minmə müddətinə dəyişiklik edilir.
“Azerinews.az” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu gün keçirilən plenar iclasda “Tütün və tütün məmulatı haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.
“Cəmiyyətdə elə bir təsəvvür yaranmamalıdır ki, sanki elektron siqaretlərin qadağan edilməsi təşəbbüsləri fonunda ənənəvi siqaretlərin və ya alternativ tütün məmulatlarının istifadəsi təqdir və ya təşviq olunur. Bu, qətiyyən belə deyil! Çünki mövcud qanunvericilik aktları əhalinin sağlamlığının mühafizəsi məqsədilə istisnasız olaraq tütün və tütün məmulatlarının bir tərəfdən reklamını qadağan edir, digər tərəfdən də onların istifadəsinin məhdudlaşdırılmasını nəzərdə tutan maddələri özündə ehtiva edir.
Birinci oxunuş üçün təqdim olunan redaksiyada qanunun 2026-cı ilin fevralın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Məlumat üçün bildirmək istərdim ki, 3 komitənin birgə iclasından sonra yeni rejimə mərhələli uyğunlaşma ilə bağlı elektron siqaret bazarının iştirakçıları tərəfindən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə çoxsaylı müraciətlər daxil olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: