"Tibb bacılarının evdə iynə vurmalarına icazə yoxdur”

19-12-2025, 15:29 5 dəfə baxılıb

 

"Ev tibb bacısının xidmət verəcəyi ərazi deyil”.

“Azerinews.az” xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bəzi kəndlərdə tibb məntəqəsi olduğu halda, tibb bacısı evdə iynə vurur: “TƏBİB simvolik xidmət göstərməyin tərəfdarı deyil. Hər venadaxili inyeksiya cərrahi prosedurdur. Bunun üçün xəstənin yanında həkim olmalıdır. Biz marağındayıq ki, bu proses nəzarətdə olsun.

Tibb bacılarının evdə iynə vurmalarına icazə yoxdur. Tibb bacısının ilkin yardım üçün əlində zəruri avadanlıqlar, dərman vasitələri olmalıdır. Bunlar olmadan tibb bacısının xəstəyə iynə vurması ciddi həyati təhlükələrə gətirib çıxara bilər. Əgər vətəndaşımız venadaxili inyeksiyadan həyatını itirsə, bunu bizim vicdanımız qəbul etməz.

Gələcək planlarda bütün bölgələrdə tibb məntəqələrinin yaradılması nəzərdə tutulub. Tibb məntəqələrimiz istədiyimiz səviyyəyə gəlib çıxandan sonra bu xidmət də göstəriləcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930