Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

19-12-2025, 17:44 5 dəfə baxılıb

 

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən “Lake Hotel”in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb.

"Azerinews.az""ın “Qafqazinfo”ya əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqədar təqsirləndirilən şəxsin həbsdə qalma müddətinin uzadılmasını istəyib.

Məhkəmə təqdimatı əsaslı sayaraq təmin edib. Qərara əsasən, A.Verdiyevin barəsindəki həbs qətimkan tədbirinin müddəti 2 ay daha uzadılıb.

Qeyd edək ki, hadisə ötən ayın axırında baş verib. Elektrik cərəyanı vurması nəticəsində “Lake Hotel”də işləyən 4 ofisiant həyatını itirib, onlardan böyüyünün 27, kiçiyinin isə 18 yaşı olub. Sonradan məlum olub ki, ofisiantların ölümünə səbəb olan elektrik xətti Prezident Administrasiyasının keçmiş rəhbəri, hazırda ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin ailəsinin bağına gedirmiş.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930